1009
Dünən 13 may — 12:30

Netanyahu “Eurovision-2019”u Qüdsdə keçirəcək

Portuqaliyanın paytaxtı Lissabonda “Eurovision-2018” mahnı müsabiqəsinin qalibi müəyyən edilib.

Virtualaz.org bildirir ki, builki müsabiqənin birincisi İsrail təmsilçisi Netta olub.

O, “Toy” (Oyuncaq) mahnısını ifa edərək həm münsiflərdən, həm də ki tamaşaçılardan toplam 529 xal qazanıb.

II yeri 436 xalla Kipr tutub, müsabiqənin üçüncüsü isə Avstriya təmsilçisi olub – 346 xal.

Bu arada İsrailin baş nazir Binyamin Netanyahu bildirib ki, növbəti ildə Eurovision Qüdsdə (Yerusəlim) keçiriləcək. Bu haqda o, Tvitter-də yazıb.

"Sən İsrailə böyük şöhrət gətirdin! Növbəti ildə — Qüdsdə!" — deyə Netanyahu qeyd edib.

Virtualaz.org

Xəbərlər