1643
Dünən 11 may — 11:17

Polis kapitanı leytenantla duelə çıxdı, güllə yoldan keçənə dəydi

Dağıstanda qəribə hadisə baş verib. İzberbaşda iki polis əməkdaşı aralarındakı mübahisəni XIX əsrin ən yaxşı ənənələri tərzində - dueldə həll etmək qərarına gəliblər.

Virtualaz.org “Mash” telegram-kanalına istinadən xəbər verir ki, leytenant Məhəmmədov kapitan Məhəmmədovla mübahisə edib. Mübahisəyə səbəb leytenanta qoyulan alçaldıcı “ayama” olub. Əsl zabit kimi tərəflər mübahisəyə dueldə son qoymaq qərarına gəliblər.

Polis əməkdaşları bir-birindən 40 addım aralanıblar və atəş açmağa başlayıblar. Nəticədə, nəinki onların hər ikisi, hətta yaxınlıqda yoldan keçən təsadüfi piyada da güllə yaraları alıb. Hər üç şəxs xəstəxanaya çatdırılıb.

Hər ehtimala qarşı polis əməkdaşlarının tabel silahları müsadirə olunub.

Xəbərlər