486
Dünən 8 yanvar — 12:36

Tramp heç üzündən düz əməlli oxuya bilmirmiş…

"The Independent" yazır ki, Ağ Ev rəsmiləri ev sahibinin, yəni ABŞ prezidenti Donald Trampın ruhi sağlamlığından sözün əsl mənasında narahat olmağa başlayıblar. Onlar bildirirlər ki, narahatlıq Trampın öyrənmə əlilliyi, Diqqət Çatışmazlığı Hiperaktivliyi Xəstəliyindən əziyyət çəkməsindən, habelə onun demensiya xəstəliyinin ilkin mərhələsində ola bilməsindəndir.

Bütün bunlar barədə ABŞ prezidenti haqqında partlayış yaratmış yeni kitabda bəhs olunur. Britaniya mətbuatına müsahibəsində sözü gedən "Atəş və Qəzəb" kitabının müəllifi Maykl Volf prezident Trampı, "zəngin avaraya" bənzədir. Onun fikrincə, Trump məktəbdə də "ölüvay şagird" olub.

Maykl Volf müsahibəsində deyir: "Onlar bu məsələni Ağ Evdə müzakirə edirlər: onun bir vərəqi, hətta bir paraqrafı belə oxuya bilməməsindən narahatdırlar. O heç adi sənədi belə tərtib edə bilmir. Sonra da düşünürlər ki, görəsən, buna səbəb nədir? Diqqət çatışmazlığı və hiperaktivlik sindromu, yoxsa başqa bir xəstəlik? Öyrənmə qabiliyyətsizliyi? Onlar fikirləşirlər ki, bu kişi bəlkə də kəmsavaddır" -jurnalist deyir.

ABŞ prezidenti adəti üzrə düşmənlərinin onun Amerikaya rəhbərlik vəzifəsinə yaramadığına dair iddilarını Tvitter-də təkzib edib və yazıb ki, o, "doğrudan da çox ağıllıdır" və "ruhi sabitliyi olan dahidir".

Tramp tənqidçilərinin "onun ruhi sağlamlığını və ağlını" problemə çevirmək istədiklərini bildirir. "İndi bir il davam edən təhqiqatdan sonra Rusiya ilə sövdələşmə məsələsi boşa çıxıb, buna görə də demokratlar, onların tulaları, Saxta Xəbərlər Mediası köhnə Ronald Reyqan oyununu oynamağa başlayıblar və ruhi sağlamlıqdan və intellektdən dəm vururlar”, -Tramp Tvitterdə yazıb.

“ Əslində, bütün həyatım boyu ən böyük iki kapitalım - ruhi sabitliyim və həqiqətən də ağıllı olmağım olub. Qozbel Hillari Klinton da bu kartları oynayırdı, amma bildiyiniz kimi oda düşdü"-Tramp əlavə edib.

ABŞ prezidenti daha sonra yazır: "Mən ən UĞURLU bir biznesmendən ən zirvədə duran televiziya ulduzuna çevrilmişəm, ABŞ prezidenti olmuşam (elə birinci dəfədən). Məncə, bu ağıllılıq yox, dahilikdir…Çox sabit dahilik!"

Barəsindəki yazılara cavab olaraq Tramp yazıb ki, onun Pensilvaniya Universitetindən diplomu var: "Mən kolleclərin ən yaxşısında oxumuşam. Əla tələbə olmuşam. Ondan sonra milyardlarla dollar qazanmışam. Ən yaxşı biznes adamlarından birinə çevrilmişəm. Sonra televiziyaya keçmişəm. Orda 10 illik nəhəng uğurlarım olub. Yəqin, eşitmiş olarsınız, bundan sonra prezidentliyə namizədliyimi vermişəm və qalib gəlmişəm".

Lakin Britaniya mətbuatına müsahibəsində Volf deyib ki, Ağ Evdəkilər cənab Trampın demensiyanın ilkin mərhələsində olduğunu düşünürlər.

"Bilmirəm, bu, yuxusuzluqdandır və ya qocalıqdandır - onda bir əlillik var - bunu onun ətrafındakıların hamısı müzaklirə edir. Hamı deyir ki, onun simptomları son bir ilin ərzində pisləşib. Diqqəti azalıb, danışıq qabiliyyəti kütləşib" -jurnalist deyib. (BBC)

Xəbərlər