570
Dünən 6 dekabr — 11:36

Ermənistanda Azərbaycan konfetləri aşkarlandı

Ermənistanda yenə Azərbaycan istehsalı olan məhsullar satılır. Bu dəfə mağazalara Bakıda istehsal edilmiş konfetlər yol tapıb.

Virtualaz.org xəbər verir ki, bu barədə Ermənistanın “Aravot” qəzeti yazıb. Yerevan sakini evinin yaxınlığında yerləşən iri marketlərin birindən konfet alıb. Lakin konfetin dadından xoşu gəlməyib və araşdırma zamanı qənnadı məhsullarının Azərbaycandan gətirildiyi məlum olub.

“Konfetlər köhnə idilər və pis dadları var idi. Biz konfetin istehsalçısını axtarmağa başladıq. Əvvəlki iki kağızında heç nə tapmadıq, üçüncü kağızda lupa ilə “Şirin” MMC, B. Bünyadov küçəsi 17a, Bakı, Azərbaycan yazılmışdı”, - deyə şikayətçi qəzetə bildirib.

Bu Ermənistan bazarında Azərbaycanda istehsal olunan məhsulların yol tapması ilə bağlı ilk belə hadisə deyil. Daha əvvəl də Azərbaycan istehsalı olan qənnadı məhsullarının Vanadzor şəhərinin mərkəzi bazarında satılması ilə bağlı məlumat yayılmışdı.

Xatırladaq ki, bu ilin aprelində Yerevan bazarında “Product of Azerbaijan” nişanı ilə satılan almaların olması səs-küy yaratmışdı. Meyvələrin satışda olması ilə bağlı məlumat yayılandan iki gün sonra Ermənistanın Qida Məhsullarının Təhlükəsizliyinə Nəzarət Dövlət Xidməti yoxlama keçirərək meyvələri satışdan yığışdırmışdı.

Gülnar Əliyeva

Virtualaz.org

Xəbərlər