533
Dünən 3 dekabr — 23:34

Dünyada ən ucuz ipoteka krediti Yaponiyada verilir

Ekspertlər daha sərfəli qiymətə ipoteka krediti götürməyin mümkün olduğu 10 ölkənin reytinqini tərtib ediblər.

“Life.ru” yazır ki, Yaponiyada ipoteka üzrə faiz dərəcələri illik 1,2 faiz olmaqla ən aşağı hesab edilib. Evin özü orada baha olduğundan, əksər yaponlar onu kreditlə alırlar. Tokioda mənzilin bir kvadrat metri orta hesabla təqribən 7-8 min dollardır. Qeyd etmək lazımdır ki, əməkhaqqı da Yaponiyada dünyada ən yüksəklərdəndir.

Siyahıda ikinci yerdə faiz dərəcəsinin 1,42 olduğu İsveçrə qərarlaşıb. Bu ölkədə gələcək ipotekaçılar üçün şərtlər olduqca güzəştlidir.

Reytinqdə üçüncü yeri Finlandiya (1,53%), dördüncü yeri isə İsveç (1,87%) tutub. Liderlər "beşliyi"ni 1,92 faiz dərəcəsi ilə Sloveniya qapayır.

Xəbərlər