353
Dünən 2 dekabr — 13:15

Tramp Rusiyaya qarşı sanksiyaları götürmək istəyirmiş...

Rusiya ilə ABŞ arasında Yaxın Şərqdə Atom Elektrik Stansiyasının tikintisində əməkdaşlıqla bağlı müzakirə aparılıb, layihədə Donald Trampın seçkilərdə qələbəsindən sonra Rusiyaya qarşı sanksiyaların aradan qaldırılması nəzərdə tutulub.

Virtualaz.org xəbər verir ki, bu barədə “Reuters” agentliyi əldə etdiyi yazışmalara istinadən məlumat yayıb.

Nəşrin yazdığına görə, danışıqları Trampın keçmiş müşaviri Maykl Flinn aparıb. O, "Birləşmiş maşınqayırma zavodları”ndan alınan avadanlıqla inşası nəzərdə tutulan atom reaktorlarının tikintisini dəstəkləyib.

2016-cı ilin noyabrında nüvə energetikası üzrə məsləhətlərlə məşğul olan Strategic Partners Agentliyi (ACU) tərəfdaşlarına Trampın qələbəsinin oyun qaydalarını dəyişdirəcəyini yazırdı. Belə ki, Rusiya ilə münasibətlərin normallaşması ABŞ-ın yeni prezidentinin prioritet məsələsi olacaqdı.

“Reuters”in əldə etdiyi digər bir məktubda isə Ukraynanın “Turboatom" şirkətinə Səudiyyə Ərəbistanı ilə bağlanan müqavilədə mümkün köməkdən bəhs olunur. Bunun qarşılığında Kiyev Rusiyaya qarşı sanksiyalar məsələsində mövqelərini yumşalda bilər.

Xatırladaq ki, "Turboatom" və ACU-dan bu məlumatlara hər hansı şərh verməkdən imtina ediblər.

Virtualaz.org

Xəbərlər