614
Dünən 13 noyabr — 22:16

Ara Papyan: “Aprel müharibəsinə görə erməni generalları həbs edilməlidir”

Erməni politoloq, “Modus Vivendi” mərkəzinin direktoru Ara Papyan “Hərbi xidmət və hərbi qulluqçu statusu haqqında” qanun layihəsini tənqid edib. Həmin sənədə əsasən, Ermənistanda dövlət sifarişi üzrə ali təhsil alan tələbələrin hərbi xidmətdən möhlət hüququ ləğv edilir.

Virtualaz.org erməni mənbələrinə istinadən xəbər verir ki, ekspeertin sözlərinə görə, Ermənistan parlamentində birinci oxunuşda qəbul edilmiş qanun layihəsi emiqrasiyanı gücləndirəcək.

“İnsanlar artıq indidən 18 yaşına çatmamış övladlarını ölkədən çıxarırlar ki, hərbi xidmətdən yayınsınlar, - Papyan müsahibəsində deyib. – Bu qanunla emiqrasiya güclənəcək”.

O əlavə edib ki, qanun layihəsi yaxşı motivlərlə köklənsə də, ədaləti təmin etməyəcək, yenə dolayı yollar tapanlar olacaq. “Elə təklif qəbul edilməlidir ki, məsələn, hərbi xidmətdə olmayanlar müəyyən vəzifələri tuta bilməsinlər”, - ekspert deyib.

Papyanın sözlərinə görə, Azərbaycanın Ermənistandan üstünlüyü ondadır ki, insan ehtiyatlarına deyil, texnologiyalara istinad edir.

Onun fikrincə, orduda ədalət vacibdir. “Misal üçün, hazırda həbsxanalar aprel müharibəsini uduzmuş general və zabitlərlə dolu olmalı idi”.

Xatırladaq ki, qanun layihəsi ölkədə böyük rezonans doğurub və tələbələr etiraz aksiyaları keçiriblər.

Xəbərlər