476
Dünən 12 noyabr — 16:36

Kreml Putin-Tramp görüşünün baş tutmaması haqda

ABŞ Vyetnamda keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq (APEC) forumunun sammiti zamanı Amerika prezidenti Donald Trampın Rusiya prezidenti Vladimir Putinlə ayrıca ikitərəfli görüşünü razılaşdırmağa çalışırdı, amma elə vaxt və yer təklif etdilər ki, bu yalnız onları qane edirdi.

Virtualaz.org RİA Novosti-yə istinadən bildirir ki, bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov deyib.

"Həqiqətən də, protokol xidmətlərinin xətti və başqa kanallar vasitəsilə ayrı, tam formatlı görüşü razılaşdırmağa çalışırdılar. Adi diplomatik təcrübə mövcuddur, həmin təcrübəyə əsasən yüksək səviyyədə görüşlər növbə ilə tərəflərdən hər birinin ərazisində təşkil olunur. Belə sammitlərin gedişatında dövlət başçılarının həddən artıq yükləndikləri nəzərə alınaraq, tərəflər bir qayda olaraq, bir-birinə müxtəlif alternativ variantlar təklif etməyə, onların görüşlərini liderlərin qrafiklərinə uyğunlaşdırmağa çalışırlar”, - deyə D.Peskov bildirib.

"Təəssüf ki, bu dəfə Amerika tərəfi, bizim rus həmkarlarımızın bütün cəhdlərinə baxmayaraq, faktiki olaraq, heç bir alternativ təklif etmədi. Yalnız bir vaxt təklif edilmişdi, hansı ki, ancaq Amerika tərəfini qane edirdi, cəmi bir yer təklif edilmişdi — ora da amerikalılar tərəfindən kirayələnmişdi", — mətbuat katibi əlavə edib.

D.Peskov xatırladıb ki, bundan əvvəl Hamburqda keçirilən görüş Amerika ərazisində baş tutmuşdu və diplomatik ardıcıllıq üzrə bu dəfə Rusiya ərazisində reallaşmalı idi: "Ancaq amerikalılar heç bir çeviklik göstərmədilər və təəssüf ki, heç bir alternativ təklif vermədilər. Buna görə də görüş alınmadı".

Virtualaz.org

Xəbərlər