759
Dünən 12 oktyabr — 16:40

Son illər bu xəstəlikdən ölənlərin sayı 2 dəfə artıb

Hazırda dünyada 10 milyon insan artritlərin bu və ya digər növündən əziyyət çəkir. Son illər bu xəstəlikdən ölənlərin sayı 2 dəfə artıb.

Virtualaz.org saytı xəbər verir ki, bu gün M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında Ümumdünya Artrit Xəstəliyi ilə Mübarizə Gününə həsr olunmuş tədbir keçirilib. Xəstəxanasının Travmatologiya şöbəsinin ortoped-travmatoloqu Natiq Əliyev bildirib ki, artritlər əksər hallarda yaşlı adamlarda rast gəlinir. Gənc yaşlarda bu xəstəliklər daha çox travmatik xarakterli olur və sonradan inkişaf edir: “Artrit - oynaqda yaranan iltihabi prosesdir. Bu proses nəticəsində oynaq şişir, hərəkət məhdudluğu yaranır. Artritin əlamətləri şişkinlik, formanın dəyişməsi, ağrı, oynaq səthinin qızarması, hərəkət məhdudluğudur”.

Ötən il xəstəxanaya 221 xəstə, bu ilin 9 ayında isə 142 xəstə müxtəlif mənşəli artrit xəstəlikləri ilə stasionar müalicə alıb. “Bu gün Azərbaycanda əhalinin təxminən 7-10 faizi artrit və artroz xəstəliklərindən əziyyət çəkir. 40 yaşa kimi əhalinin 2 faizində, 45-50 yaş arasında 30 faizində , 50­65 yaşdan yuxarı isə 85-90 faizində artroz xəstəliyi müşahidə olunur”, - həkim əlavə edib.

Ülviyyə

Foto Samirənindir

Virtualaz.org

Xəbərlər