1411
Dünən 1 oktyabr — 18:00

Hind diplomatı: Heç kim bilmir ki, Azərbaycan harada yerləşir

Sentyabrda Nyu-Yorkda İslam Əməkdaşlığı Təşkilatının (İƏT) beş üzvündən - Türkiyə, Səudiyyə Ərəbistanı, Azərbaycan və Kot-d'İvuardan olan Əlaqə qrupunun görüşü keçirildi və yekunda Cammu və Kəşmir üzrə daha bir bəyanat qəbul edildi. Məşhur hind diplomatı Qopalasvami Partasarati New Indian Express nəşrində dərc olunan məqaləsində yazır ki, bəyanat "Pakistan təbliğatına" əsaslanıb, BMT-nin qətnamələri isə, hansılara ki, İƏT Əlaqə qrupunun üzvləri istinad edirlər, müasir aktuallığa malik deyil.

Partasarati vurğulayır ki, Dehli "faktların müəyyən edilməsi" üzrə missiyanın ölkəsinə göndərilməsi ideyasını rədd edir. Bundan başqa, hind hakimiyyəti bildirir ki, İƏT-in əlaqə qrupunun "Hindistanın daxili işlərinə" qarışmaq hüququ yoxdur.

Qeyd edək ki, Pakistan "Kəşmir münaqişəsi”ni beynəlxalq mübahisə hesab edir və bu məsələnin beynəlxalq forumlarda müzakirəyə çıxarılması hüququnu, başqa dövlətlərin güman edilən vasitəçiliyinə icazə verərək, özündə saxlayır. İslamabad BMT-nin müvafiq qətnamələrinə istinad edərək mübahisəli ərazidə plebisitin keçirilməni tələb edir. Hindistan isə Kəşmir probleminin beynəlxalq mübahisə kimi tanınmasına qarşı çıxır və onun hər hansı plebisitlər vasitəsi ilə həllinin qanunauyğunluğunu rədd edir.

Sonra hind diplomatı arqumentlərini təqdim etmək əvəzinə müzakirənin "özün axmaqsan" prinsipi üzrə aparılması metoduna keçib: "Bütün dünyada insanların əksəriyyəti bilmir ki, Azərbaycan, Kot-d'İvuar və Niger harada yerləşir".

Partasarati belə yazıb və bu xüsusda Türkiyə prezidentini "islamçı" adlandırıb. Üstəlik onu ittiham edib ki, guya Filippindən, Myanmadan başlamış Suriyaya və İraqa qədər çox dövlətlərin daxili işlərinə "burnunu soxur".

Partasarati faktiki olaraq erməni ritorikası stilindən istifadə edib, xüsusən də öz auditoriyasına bədnam "ermənilərin soyqırımı" haqda xatırlatmaqla. O, Kiprin "türk işğalına" və Türkiyədə dövlət çevrilişinə uğursuz cəhddən sonrakı kütləvi həbslərə də toxunub.

"İstehzalıdır ki, İƏT Əlaqə qrupunun qətnaməsi bütün islam dünyasında ümumi daxili rəqabətin getdiyi, qanın töküldüyü və qarışıqlıqların olduğu bir dövrdə səsləndirilib", - deyə hind diplomatı yazıb.

Partasarati öz yazısının yekununda birbaşa bildirib ki, Hindistan bundan sonra da Pakistanın İƏT-in aktivləşməsinə yönəlmiş səylərinə məhəl qoymayacaq. Üstəlik, Pakistanda belucların və puştunların "aktivləşmələri" imkanına işarə edib.

Qeyd edək ki, Qopalasvami Partasariti Myanmada, Pakistanda və Avstraliyada Hindistanın keçmiş səfiri olub. Bundan başqa, onun xidməti bioqrafiyasında Xarici İşlər Nazirliyinin və ölkə hökumətinin mətbuat katibi olması barədə də qeydlər var.

Virtualaz.org

Xəbərlər