1111
Dünən 8 avqust — 16:22

İqtisadiyyat Nazirliyi: Təhlükəli dondurmalar satışdan yığışdırılıb

“Yoxlama nəticəsində ölkədə dondurma istehsalı ilə məşğul olan müəssisələrdə istehsalatda müəyyən olunmuş çatışmazlıqlar aradan qaldırılıb və hazırda ticarət şəbəkəsində olan məhsullar tamamilə dövlət standartlarına cavab verir”, - bunu yazımızda göstərilən hallara cavab olaraq redaksiyamıza İqitisadiyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev bildirib.

Nazirlik rəsmisi əlavə edib ki, keyfiyyətsiz məhsulun hamısı satışdan yığışdırılıb. A.Əliyev qeyd edib ki, dövlət strukturları dondurmanın keyfiyyətini nəzarətdə saxlayır.

*   *   *12:05

İqtisadiyyat Nazirliyi dondurma bazarında araşdırma apararaq, tərkibində insan sağlamlığı üçün təhlükəli mikrob və bakteriyalar olan dondurmaların siyahısını açıqladı. Lakin təhlükəli hesab edilən dondurmalar hələ də satış mərkəzlərindən yığışdırılmayıb.

Bunu virtualaz.org saytına açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.

Hüquq müdafiəçisi bildirir ki, Nəsimi rayonu, Mirəli Qaşqay küçəsində dondurmaların topdansatış məntəqəsi var, burada hətta 20 qəpiyə dondurma almaq mükündür. “Təşkilat tərəfindən aparılan müşahidələrə görə, Rusiya və Türkiyə istehsalı olan dondurmaların qablaşdırmasından istifadə edilir. Yalnız qablaşdırmanın üzərinə diqqətlə baxanda məhsulun Azərbaycanda istehsal olunduğunu bilmək mümkündür. Bu isə istehlakçıların aldadılmasına səbəb olur. Mingəçevir və Yevlaxda yerləşən sexlərdə həm keyfiyyətsiz, həm də xaricdən gətirilən dondurmalara bənzər məhsullar istehsal edilir”, - E.Hüseynov əlavə edib.

Təşkilat rəhbərinin sözlərinə görə, nazirlik 6 dondurma istehlakçısının siyahısını vermişdi, amma istehsal müəssisələrinin anbarından məhsul götürülərək yoxlanılmayıb: “Ucuz və keyfiyyətsiz dondurmalar satışdan çıxarılmayıb, əvəzində seçim istehlakçıların öhdəsinə buraxılır. Halbuki, belə hallarla mübarizə istehlakçıların üzərinə atılmamalıdır. Nazirlik çirklənməyə məruz qalan partiyanı satışdan çıxarmalıdır”.

E,Hüseynov deyir ki, topdansatış məntəqələrində istənilən qədər təhlükəli dondurma var, 20-30 qəpiklik dondurmanın tərkibini yoxlamaq kifayətdir. Kiçik marketlər isə topdansatış məntəqələrindən ucuz məhsulları alaraq satışa çıxarır.

Jalə

Virtualaz.org 

Xəbərlər