502
Dünən 6 avqust — 20:18

Səudiyyə Ərəbistanı şahzadəsinə qarşı sui-qəsd cəhdi olub

Səudiyyə Ərəbistanının varis şahzadəsi Məhəmməd bin Salman əl-Səuda qarşı uğursuz sui-qəsd cəhdi olub.

Bu barədə "Fars" agentliyi Səudiyyə Ərəbistanının kütləvi informasiya vasitələrinə istinadən xəbər verib.

Bildirilir ki, şahzadə Məhəmməd hadisə zamanı zərər çəkməyib. Amma sui-qəsd etmiş şəxs saxlanılıb.

Agentliyin qeyd etdiyi kimi, Səudiyyə Ərəbistanının kralı Salman bin-Əbdül Əziz əl-Səudun beş ay ərzində taxtı oğluna verəcəyi gözlənilir. Salman iki ay müddətinə Mərakeşə məzuniyyətə getmək niyyətindədir. Bu zaman onun vəzifələrini varisi -şahzadə icra edəcək.

Xəbərlər