442
Kapital 15 iyul — 11:45

Azərbaycanda kredit faizləri artıb

Azərbaycanda may ayı ərzində həm manat, həm də xarici valyutada kreditlər üzrə orta faiz dərəcəsi artıb.

Azərbaycan Mərkəzi Bankının məlumatlarında bildirildiyinə görə, iyunun 1-nə manatla verilmiş orta kredit dərəcəsi 12,34% təşkil edib. Beləliklə, manatla orta kredit faiz həddi iyunun 1-nə mayın 1-i ilə müqayisədə 0,08 faiz bəndi artıb. 2017-ci il yanvar ayının 1-nə olan göstərici ilə müqayisədə isə artım 0,29 faiz bəndi təşkil edib.

Xarici valyutada iyunun 1-nə verilmiş kreditlər üzrə orta faiz dərəcəsi 8,88% olub. Bu, mayın 1-nə olan eyniadlı göstərici ilə müqayisədə 0,45 faiz bəndi çoxdur. 2017-ci il yanvarın 1-nə olan göstərici ilə müqayisədə isə verilmiş kreditlər üzrə faiz dərəcələri 0,28 faiz bəndi artıb.

Xəbərlər