404
Kapital 19 may — 20:22

BVF Rusiya iqtisadiyyatına qeyri-qənaətbəxş proqnoz verib

Beynəlxalq Valyuta Fondu (IMF) Rusiya iqtisadiyyatının ortamüddətli perspektivdə artım tempi barədə qeyri-qənaətbəxş proqnoz açıqlayıb.

"Forexpf.ru" saytı bildirir ki, IMF-ın proqnozlarına görə, Rusiya iqtisadiyyatı demoqrafiya və texnologiya sahəsində geridə qalmaq kimi struktur problemlər, həmçinin beynəlxalq sanksiyaların mənfi təsiri səbəbindən zəif iqtisadi artımla üzləşəcək. Rusiya iqtisadiyyatının artım tempi 1,5%-i keçməyəcək. Bu il üçün IMF Rusiyada 1,4% ÜDM artımı proqnozlaşdırdığını açıqlayıb.

İMF Rusiyada uçot dərəclərinin yumşaq templə azaldılacağını, beynəlxalq maliyyə bazarlarında volatilliyin azalması səbəbindən ölkədə qısamüddətli risklərin zəiflədiyini bildirib. İnvestisiyaların həcminin artması üçün isə genişmiqyaslı islahatlara ehtiyac olduğu qeyd olunub. 

Xəbərlər