564
Kapital 17 may — 23:57

Albaniyada Azərbaycana qarşı etiraz yoxdur

“Məndə məlumat var ki, TAP qaz kəmərinin Albaniya ərazisindən keçən hissəsinin marşrutu üzərində arxeoloji tapıntılar edilib. Lakin onlar elə miqyasa malik deyil ki, bu cür nəhəng layihənin tikintisi dayandırılsın”, - bu sözləri virtualaz.org-un əməkdaşı ilə söhbətində adının çəkilməsini istəməyən albaniyalı tədqiqatçı-jurnalist deyib.

“Qaz kəmərinə qarşı böyük etirazlar İtaliyadan gəlir. Albaniyada isə heç bir etiraz yoxdur, əhali bi layihəyə normal yanaşır. Tikintinin bir ay müddətinə dayandırılmasını sizdən öyrəndim”, - xanım jurnalist deyib.

Həmsöhbətimiz əlavə edib ki, TAP layihəsi “Qazprom”un kifayət qədər narazılığına səbəb olub, lakin inanmır ki, Rusiyanın təzyiqi altında Albaniya TAP-ın dayandırılmasına gedə bilər.

Murad Səmədov

Virtualaz.org

Xəbərlər