237
Kapital 17 may — 18:36

Rusiyada ÜDM həcmi 0,5% artıb

Rusiya iqtisadiyyatının həcmi bu ilin ilk rübündə illik müqayisədə 0,5% artım göstərib.

"Rambler News Service" xəbər verir ki, bu barədə Rusiya Federal Statistika Xidməti məlumat yayıb. Bu göstərici ilkin xarakter daşıyır və dəyişə bilər.

Xatırladaq ki, aprel ayında Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin ilk rübdə ÜDM-in 0,4% artacağını, Rusiya Bankı (Mərkəzi Bank) isə 0,4-0,7% artacağını proqnozlaşdırırdı. Bu ilin yekununda isə Rusiya Bankı ÜDM-də 1-1,5% artım gözləyir.

Qeyd edək ki, Rusiya iqtisadiyaytı 2016-cı ildə 0,2%, 2015-ci ildə isə 3% zəifləyib. 

Xəbərlər