507
Kapital 11 yanvar — 20:31

Türkiyədə dolların məzənnəsi 4 lirəyə yaxınlaşır

Dünən Türkiyə Mərkəzi Bankının milli valyutanı - lirəni xilas etmək xatirinə birjaya çıxardığı 1.5 milyard dollarlıq müdaxilənin, demək olar ki. heç bir effekti olmayıb.

Virtualaz.org Türkiyə mənbələrinə istinadən xəbər verir ki, bu gün qardaş ölkədə ABŞ dollarının məzənnəsi yenidən xeyli yüksəlib. Hazırda Türkiyədə valyutadəyişmə məntəqələrində 1 ABŞ dolları 3,9063 lirəyə alınır və 3,9073 lirəyə satılır.

Ekspertlər yaxın günlərdə dolların məzənnəsinin ciddi psixoloji hədd sayılan 4 lirəyə çatacağını istisna etmirlər.

Xəbərlər