1476
Kapital 13 sentyabr — 22:22

ABŞ məhz Azərbaycanı dəstəklədi

ABŞ Azərbaycana aid "Şahdəniz" yatağından Avropaya təbii qazı nəqledıcı boru kəməri layihəsini dəstəkləyir. 

TASS xəbər verir ki, bu barədə ABŞ-ın energetika naziri Rik Perri keçirdiyi brifinqdə bildirib.

“Biz rəqabət tərəfdarıyıq. Odur ki, Azərbaycan təbii qazının Xəzər regionundan Avropaya nəqli üçün başqa bir boru kəmərinə də dəstək verdiyimizi təsdiqləmək istəyirəm”, – deyə Perri bildirib. 

ABŞ rəsmisi Rusiyanın həyata keçirdiyi “Şimal axını-2” layihəsinə avropalıların alternativ görmək istədiklərini qeyd edib. 

"Bu barədə çox söhbətlər eşitmişəm", - deyə o əlavə edib.

Xəbərlər