543
Kapital 13 sentyabr — 10:23

Bu gün Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini artıra bilər

Bu gün Türkiyə Mərkəzi Bankının sədri Murad Çətinqayanın rəhbərliyi ilə qurumun Pul siyasəti komitənin növbəti iclası keçiriləcək.

Türkiyə mətbuatı xəbər verir ki, ölkənin maliyyə bazarı iştirakçıları səbirsizliklə bu iclasın nəticəsini gözləyir.

İclasda uçot dərəcəsinə yenidən baxılacaq. Hazırda bu göstərici 17%-dir. İqtisadçılar faiz artımı ilə bağlı qərarın qəbul ediləcəyi qənaətindədir.

Xatırladaq ki, sonuncu dəfə bu cür iclas iyulun 24-də keçirilib. 

Xəbərlər