537
Kapital 12 iyul — 11:11

“Total” şirkəti İranda fəaliyyətini dayandırdı

Fransanın “Total” neft şirkəti İranda fəaliyyətini dayandırdığını elan edib.

“Report” xəbər verir ki, bunu şirkətin baş direktoru Patrik Puyanne bildirib.

O bu addımı ABŞ-ın İrana qarşı sanksiyaları ilə əlaqələndirib: “Biz ABŞ-ın qanunlarına əməl edirik və buna görə də gəlirli İran bazarından çıxırıq”.

Baş direktorun sözlərinə görə, ABŞ-ın maliyyə sisteminə daxil olmadan dünyanın 130 ölkəsi ilə əməkdaşlıq etmək mümkün deyil.

P.Puyanne deyib ki, “Cənubi Pars” qaz yatağının 11-ci fazasından çıxmaqla 40 milyon dollar ziyan edəcəklər: “Günlərin bir günü “Total” yenidən İrana qayıdacaq. İldə 15 milyard sərmayə yatıran şirkətimiz üçün 40 milyon dollar heç nədir”.

Xəbərlər