763
Kapital 12 iyul — 10:57

Azərbaycan nefti kəskin ucuzlaşdı

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib.

Virtualaz.org-un məlumatına görə, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 1,18 dollar artaraq 74,58 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,51 dollar bahalaşaraq 70,88 dollar təşkil edib.

Azərbaycan neftinə gəlincə, onun qiyməti 2 dollardan çox ucuzlaşıb.

Belə ki, “AzeriLight” markalı neftin 1 barelinin dəyəri 2,44 dollar və ya 3,04% azalaraq 77,92 dollar təşkil edib.

Xəbərlər