1204
Kapital 11 iyul — 18:07

Neft Fondu xaricdə 2,2 milyard dollara daşınmaz əmlak aldı

2018-ci il mayın 31-nə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) xaricdə daşınmaz əmlaka investisiya qoyuluşları $2,2 mlrd. məbləğində qiymətləndirilir.

Bu barədə interfax.az-a Fondun icraçı direktorunun müavini İsrafil Məmmədov məlumat verib.

"31 may 2018-ci il tarixinə ARDNF xaricdə daşınmaz əmlakın alınmasına $2,2 mlrd. yönəldib. Bunun 73%-ni birbaşa investisiyalar, 27%-ni isə dolayı investisiyalar təşkil edib”, - deyə o bildirib.

Xəbər verildiyi kimi, 2017-ci ilin sonuna Fond tərəfindən xaricdə daşınmaz əmlakın alınmasına $1,9 mlrd. məbləğində investisiya qoyulub. Beləliklə, bu ilin yanvar-may aylarında investisiya qoyuluşlarının həcmi 15,7% artıb.

Xəbərlər