683
Kapital 17 may — 16:21

Türkiyənin daha 3 vilayətində neft aşkarlandı

Türkiyənin üç vilayətində neft aşkar olunub. Bu barədə Türkiyənin rəsmi qəzetində elan olunub.

Məlumata əsasən, neft Türkiyənin cənub-şərqindəki Mardin, Şırnak və Bitlis vilayətlərində tapılıb.

Hazırda həmin bölgələrdə neft ehtiyatlarının həcmi dəyərləndirilir.

Qeyd edək ki, bir müddət əvvəl Türkiyənin energetika naziri Berat Albayrak karbohidrogenlərin tapılması üzrə kəşfiyyat işlərinin genişləndiriləcəyini bildirmişdi.

Xəbərlər