1577
Kapital 15 may — 22:53

Ev almaq istəyənlərə şad xəbər: qaydalar sadələşdirildi

Azərbaycanda ipoteka kreditlərinə əlçatanlığı asanlaşdırmaq məqsədi ilə qaydalar dəyişdirilib. Belə ki, artıq qeyri-dövlət sektorunda fəaliyyət göstərən şəxslər bu krediti daha rahat şərtlərlə ala biləcəklər. Bundan başqa, xidməti müqavilə ilə işləyən şəxslər üçün də güzəştlər nəzərdə tutulub.

Xezerxeber.az xatırladır ki, ipoteka kreditlərinin verilməsi qaydasına dəyişiklik edilib. Nazirlər Kabineti tərəfindən təsdiqlənən yeni qaydalara əsasən qeyri- dövlət sektorunda çalışanların bu krediti alması asanalaşdırılır.

İqtisadçı Rəşad Həsənovun sözlərinə görə, bu dəyişikliklər daha çox insanın ipoteka krediti almasına şərait yaradacaq.

Daha bir məqam. Əgər əvvəllər xidməti müqavilə ilə işləyən şəxslər minimum 12 ay işlədikdən sonra kredit ala bilərdilərsə, artıq 12 aydan az işləyənlərə də kredit veriləcək.

İpoteka üçün müraciət edən vətəndaş cari gəlirləri ilə yanaşı xaricdən və yaxud daxildən edilən transferləri də öz gəlir mənbəyi olaraq göstərə bilər ki, bu da ödəniş qabiliyyətini yüksəldən amildir. Qeyd edək ki, bu sosial qrupa daxil olan vətəndaşlar yalnız gəlirləri rəsmi şəkildə təsdiqini tapdıqda ipoteka əldə edə bilərlər.

Xəbərlər