510
Kapital 16 aprel — 14:10

İranda dollar alıb-satmaq qadağan olundu

İran Mərkəzi Bankı ölkədəki valyutadəyişmə məntəqələrinə ABŞ dolları da daxil olmaqla xarici valyuta alıb-satmağı qadağan edib.

“Report” xəbər verir ki, bundan sonra məntəqələr yalnız qızıl pulların alqı-satqısı ilə məşğul ola bilərlər.

Xatırladaq ki, hazırda İranda dolların məzənnəsi 42 min riala bərabərdir. “Qara bazar”da isə Amerika valyutası 62 min riala dəyişdirilir.

Xəbərlər