632
Kapital 13 mart — 22:00

Putin Dağıstanda müşavirə keçirdi və...

Rusiya prezidenti Vladimir Putin Dağıstanda regionun sosial iqtisadi inkişafı ilə bağlı iclas keçirərək, respublikanın icma nümayəndələri ilə görüşüb.

Bu barədə RİA Novosti məlumat yayıb.

“Əlbəttə ki, korrupsiya ölkənin inkişafını ciddi şəkildə ləngidən faktorlardandır. Biz bunu bilirik. Bu təkcə Dağıstanın bəlası deyil. Bütün ölkə bunu bilir. Bu hallarla Rusiyanın şərq, qərb, şimal və cənub bölgələri də qarşılaşır. Bəli, ölkədə belə bir problem var”, - deyə Putin iclasda bildirib.

Qeyd edək ki, Putin Mahaçqalaya, Dağıstanda dövlət məmurlarına qarşı korrupsiya ilə bağlı genişmiqyaslı istintaq fonunda, səfər edib. 2018-ci ilin fevral ayında respublikanın bir sıra dövlət rəsmiləri həbs olunub.

Xəbərlər