177
Kapital 6 dekabr — 15:09

AİB Azərbaycana 250 milyon dollar kredit ayırdı

Asiya İnkişaf Bankı (AİB) “Dövlət idarəçiliyinin və dövlət sektorunun effektivliyinin təkmilləşdirilməsi” layihəsinin birinci proqramı çərçivəsində Azərbaycana 250 milyon dollar həcmində kredit ayrılmasını təsdiq edib.

Virtualaz.org-un məlumatına görə, kredit Azərbaycan hökumətinə həm də özəl sektorun iştirakı ilə iqtisadiyyatın diversifikasiyasına dəstək məqsədilə ayrılıb.

"Azərbaycanın hərtərəfli islahat proqramı ölkə iqtisadiyyatını modernləşdirəcək və orta müddətdən uzunmüddətli dövrə qədər inklüziv inkişafa dəstək olacaq. Asiya İnkişaf Bankının dəstəyi ilə Azərbaycanda dövlət sektorunun səmərəliliyi, o cümlədən maliyyəyə çıxış imkanları artaraq kiçik biznes üçün əlverişli şərait yaranacaq", - deyə ADB-nin Mərkəzi və Qərbi Asiya departamentinin baş direktoru Şon O’Sullivan bildirib.

Bu layihənin ikinci proqramı isə 2018-ci ildə həyata keçiriləcək.

Xəbərlər