191
Kapital 5 dekabr — 19:52

Çin bankı Braziliyanın neft şirkətinə böyük məbləğdə kredit təqdim edib

Çin İnkişaf Bankı (“China Development Bank” – CDB) Braziliyanın dövlət neft şirkəti “Petrobras”a 5 milyard dollar kredit ayırıb. Bu barədə “Petrobras” məlumat yayıb.

Bildirilir ki, şirkət Çin İnkişaf Bankı ilə 5 milyard dollarlıq kreditin alması barədə müqavilə imzalayıb. Kreditin müddəti 2027-ci ildə yekunlaşacaq.

Həmçinin “Petrobras” “Unipec Asia Company” ilə 10 il ərzində gündəlik 100 min barrel neftin tədarük edilməsinə dair müqavilə imzalayıb.

Xəbərlər