1314
Kapital 14 noyabr — 23:00

Rasim Məmmədov Azərbaycana milyardlar cəlb edir

Bu gün “Baku Steel Company” şirkətinin rəhbərliyi vitse-prezident Vanq Yuhanhomun başçılığı ilə China CAMC Engineering Co Ltd, eləcə də vitse-prezident Fabro Darionun başçılığı ilə İtaliyanın “Danieli” şirkətlərinin nümayəndələri ilə görüş keçirib.

Bu barədə virtualaz.org-a “Baku Steel Company” şirkətinin mətbuat xidmətindən məlumat veriblər.

Görüşdə Sumqayıt şəhərində tikintisi artıq 2018-ci ildə başlanmalı olan metallurgiya kompleksinin layihəsinin maliyyələşdirilməsi məsələsi müzakirə edilib. Zavodların tikintisi ilə bağlı müqavilə İtaliyanın “Danieli” şirkəti ilə hələ bir il əvvəl bağlanıb və bir neçə zavodun inşasını, həmçinin Daşkəsən Filizsaflaşdırma Kombinatının bərpasını nəzərdə tutur.

Xatırladaq ki, 2016-cı ilin dekabrında Bakıda imzalanan sazişdə dəyəri 1 milyard 225 milyon avro olan dəmir konsentratından başlayaraq hazır polad təbəqələrinin istehsalını əhatə edən 5 müasir metallurgiya zavodunun tikilməsi nəzərdə tutulur. Kompleksin tikintisi zamanı 4000-ə yaxın, müəssisə fəaliyyətə başladıqdan sonra isə 1200 nəfər işlə təmin olunacaq. Bu kompleksin tikintisi metallurgiya sənayesi sahəsində müxtəlif çeşiddə məhsulların istehsalının genişləndirilməsinə və ölkənin ixrac potensialının artırılmasına töhfə verəcək.

Məhz buna görə hökumət bu layihənin reallaşdırılmasını tam dəstəkləyir.

Onu da xatırladaq ki, “Baku Steel Company” ASC Müşahidə Şurasının sədri Rasim Məmmədovdur.

Virtualaz.org

Xəbərlər