183
Kapital 14 noyabr — 12:54

Tərtərdəki konserv zavodu özəlləşdirildi

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) bu gün dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərracını keçirib.

Komitədən bildirilib ki, hərracda özəlləşdirilən kiçik dövlət müəssisələri Masallı və Daşkəsən şəhərlərində yerləşir. Masallıdakı ümumi faydalı sahəsi 558,5 kv.m olan obyekt xidmət sahəsinə aid olmaqla investorlar üçün yaxşı gəlir mənbəyidir. Daşkəsəndəki Lüləli mal-qara qəbulu məntəqəsi də sahibi üçün qazanclı obyektdir. Adı çəkilən əmlakın ümumi faydalı sahəsi 636,7 kv.m, torpaq sahəsi isə 58 min 408 kv.m-dir.

Hərracda ən yüksək qiymətə özəlləşdirilən əmlak Bakının Səbail rayonunda yerləşən qeyri-yaşayış sahəsi olub. Onun ümumi faydalı sahəsi 600 kv.m-dir.

Hərracda özəlləşdirilən nəqliyyat vasitələri arasında Avropa istehsalı olan avtomobillər üstünlük təşkil edib. Bunlar “BMW 320”, “Fiat Doblo”, “Tofaş Şahin” kimi nəqliyyat vasitələrdir. Həmin maşınların buraxılış illəri isə 2004-2006-cı illəri əhatə edir.

Hərracda səhmdar cəmiyyətinin səhm paketi də özəlləşdirilib. “Tərtər Konserv” ASC-nin səhmlərinin 30%-i sahibini tapıb.

Növbəti belə hərrac noyabrın 21-də olacaq.

Xəbərlər