110
Kapital 13 noyabr — 10:53

1,9 milyon ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb

Oktyabr ayında Ceyhan limanından 1,9 milyon ton neft dünya bazarlarına çıxarılıb.

SOCAR-ın saytında yerləşdirilmiş məlumatda bildirilir ki, oktyabr ayı ərzində 1 milyon 895 min 356 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb. Bu həcmin 1 milyon 201 min 814 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil edib. Cari ilin yanvar-oktyabr aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 21 milyon 36 min 310 ton təşkil edib.

Ümumiyyətlə, BTC istismara verilən gündən 2017-ci il noyabr ayının 1-ə qədər Ceyhan limanından 340 milyon 870 min 909 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.

Xəbərlər