487
Kapital 6 oktyabr — 11:54

Türkiyədə dollar bahalaşdı

Türkiyədə ABŞ dollarının məzənnəsi 3,60 lirə həddini ötüb.

Məzənnənin artmasına səbəb qlobal valyuta bazarında dolların möhkəmlənməsi amili göstərilir.

Bununla yanaşı, son aylarda Türkiyədə dolların məzənnəsinin kəskin ucuzlaşması investorların bu valyutaya marağını daha da artıraraq bahalaşmanı sürətləndirib. Belə ki, ilin əvvəlində 3,94 TRY/USD olan məzənnə sentyabr ayının 11-də 14%-ə yaxın geriləyərək 3,38 TRY/USD-yə düşüb. Son 3 həftə ərzində isə dollarda möhkəmlənmə 6,5%-ə çatıb.

Xəbərlər