226
Kapital 5 oktyabr — 12:34

Rusiya Səudiyyə Ərəbistanı ilə silah müqaviləsi imzalaya bilər

Səudiyyə Ərəbistanı ilə Rusiya arasında hərbi-texniki sahədə əməkdaşlığa dair 3 milyard dollarlıq müqavilə imzalanacağı gözlənilir.

Virtualaz.org xarici KİV-ə istinadən bildirir ki, bununla bağlı tərəflər arasında yüksək səviyyədə danışqlar aparılacaq. Məlumata görə, bir neçə “Trium S-400” zenit-raket kompleksinin tədürükü məsələsi də müzakirə olunacaq.

Qeyd edək ki, Səudiyyə kralı ötən gecə Moskvaya rəsmi səfərə gəlib. Yeri gəlmişkən, o, ölkə tarixində Rusiyaya səfər edən ilk kraldır.

Səfər çərçivəsində, həmçinin yüksək səviyyəli görüşlər və ikitərəfli münasibətlərin inkişaf prespektivlərinin müzakirə ediləcəyi gözlənilir.

Xatırladaq ki, Rusiya prezidenti V.Putin dünən Rusiya energetika həftəsində bildirmişdi ki, Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz əs-Səudla görüşünün əsas mövzusu neft, daha dəqiq desək, OPEC+ anlaşmasının müddətinin uzadılması olacaq.

Xəbərlər