632
Kapital 13 sentyabr — 20:38

Neft bahalaşır, bitkoin ucuzlaşır

Bu gün dünya bazarlarında neftin qiyməti aprel ayından bəri ilk dəfə olaraq 55 dollara çatıb.

Virtualaz.org xəbər verir ki, Bakı vaxtı ilə saat 20:30-da “Brent” markalı neftin noyabr fyuçersinin bir barrelinin qiyməti 54,95 dollara bərabər olub.

Bu göstərici sentyabrın 13-də səhər alqı-satqı sessiyaları başlayarkən qeydə alınmış rəqəmdən 0,68 dollar, yaxud 1,25% çoxdur.

Həmin vaxt bitkoinin qiyməti azalaraq 3837 dollara düşüb. 

Xəbərlər