282
Kapital 12 sentyabr — 13:38

ABŞ-ın dövlət borcu 20 trilyon dolları keçdi

ABŞ-ın dövlət borcu bu ölkənin tarixində ilk dəfə olaraq 20 trilyon dolları ötüb.

Virtualaz.org bildirir ki, bu barədə Business Insder nəşri məlumat yayıb. Məlumatda deyilir ki, martın ortalarında dövlət borcunun son həddi 19,84 trilyon dollarda dondurulmuşdu. Ötən həftə Prezident Donald Tramp onun müvəqqəti yüksəldilməsi haqqında qanun imzalayıb.

Hazırda bu göstərici 20,164 trilyon dollara çataraq ümumi daxili məhsulun həcmini 5-6 faiz üstələyib və artmaqda davam edir.

Xəbərlər