3563
16 avqust — 13:20

"Nurgün Motors"un prezidentinin "oyunu"

Topaz Premyer Liqasında ilk məşqçi dəyişikliyi «Rəvan»da gerçəkləşdi. Əslində «Rəvan» məşqçi dəyişikliklərinə öyrəncəli olduğu üçün Ramil Əliyevin qovulmasını, Vladislav Qədirovun Allah bilir neçənci dəfə baş məşqçi təyin edilməsini ciddiyə almamaq da olardı. «Rəvan» kimi qeyri-peşəkar komandalarda belə hallar tez-tez yaşanır.

Ancaq çempionatda heç bir iddası olmayan «Rəvan»ın 2-ci turdan sonra məşqçi dəyişikliyinə əl atmasında xırda da olsa, məntiq olmalıdı axı. «Rəvan» ilk 2 turda büdcəsi büdcəsindən qat-qat artıq olan «Neftçi» və «Simruq»a məğlub olub. Hələ çempionat başlamamş hər kəs «Rəvan»ı aşkar autsayder qismində görürdü. Büdcəni və heyəti nəzərə aldıqda bunu görməmək mümkün deyildi. Bəs «Rəvan» rəhbərliyi nəyə iddia edirdi? Olmaya onlar hamının gördüyünü görə bilmir?

Yox, çox yaxşı görürlər. Sadəcə Ramil Əliyevin qovulmasının pərdəarxası məqamları başqadı. Bu məqama aydınlıq gətirmək üçün əvvəlcə ötən mövsümə nəzər salaq. Xatırlayırsınıza «Qarabağ»la oyundan sonra «Rəvan» rəhbərliyi çempionatdan çəkiləcəkləri ilə bağlı bəyatan verdilər. Amma sonradan sözlərini geri götürdülər. Təbii ki, belə bəyanat klubun sahibi «Nürgün Motors» şirkətlər qrupunun prezidenti Nuru Əliyevlə razılaşdırılandan sonra verilmişdi. Nuru Əliyevi sözünün tutmamağa vadar edən amil hansı olub? Nə qədər qəribə də olsa, bu, qohumluq amilidi.

Nuru Əliyevlə «Bakı»nın prezidenti Hafiz Məmmədov arasında olan qohumluq əlaqəsi. Xatırladaq ki, bir müddət əvvəl bu iki şəxs qohum olublar. Nuru Əliyevin qızı Hafiz Məmmədovun oğlu Kənan Məmmədovun həyat yoldaşıdı. Kənan Məmmədov isə «Topaz»ın sahibdi.

Hafiz Məmmədovun AFFA prezidenti olmaq istəyindən hər kəs xəbərdardı. Təbii ki, «Rəvan»ın çempionatdan çəkilməsi Məmmədovun Nuru Əliyev kimi dəstəkdən məhrum olması demək olardı. Elə buna görə də Hafiz Məmmədov Nuru Əliyevə belə istəkdən vaz keçməyi tövsiyə edib.

Oğlu «Topaz» qumarxanasının sahibi olan Məmmədov, «Rəvan» kimi komandanı nəzarətdən buraxa bilməzdi. Müəyyən məqamlarda «Rəvan» «Bakı»nın farm-klubu rolunda çıxış etməli, müəyyən məqamlarda isə əvvəlcədən planlaşdırılan nəticəyə oynamalıydı.

Bax, Ramil Əliyev məhz ikinci amilin – əvvəlcədən planlaşdırılan nəticənin alınmamasının qurbanı olub.

«Bakı» da, «Rəvan» da ilk iki turda məğlub olublar. Mətbuatda yayılan məlumatlarda «Bakı»nın «Qəbələ» ilə oyunu qumara qoyduğu iddia olunur. Klub rəhbərliyi isə bu xəbərləri təkzib etməyib. «Bak»ının məğlubiyyətləri nə qədər müəmmalıdısa, «Rəvan»ın məğlubiyyətləri bir o qədər gözləniləndi. Elə isə Ramil Əliyev nəyə görə qovulub? Ondan «Neftçi» və «Simurq»a qalib gəlmək tələb olunub? Yox! Sadəcə ondan tələb olunub ki, «Rəvan»ın oyunları «üst» bitməlidi. Yəni oyunda ən azı 3 qol vurulmalıdı. Futbol kluarlarında gəzən söz-söhbətə görə, «Rəvan»ın oyunldarının «üst» bitəcəyi ilə bağlı xaricdəki bukmeker kontorlarına külli miqdarda vəsait yatırılıb. «Rəvan» isə hər iki qarşılaşmada 0:2 hesabı ilə məğlub olub. Klub rəhbərliyi Ramil Əliyevi bilərəkdən açıq futbol oynatmamaqda, onların istəyinə, planına qarşı çıxmaqda itiham edib. «Rəvan» həmin qarşılaşmalarda 0:2 yox, 0:5 hesabı ilə uduzsaydı, Ramil Əliyev postundan uzaqlaşdırılmayacaqdı.

Görünən odu ki, Nuru Əliyevlə Hafiz Məmmədovun qohumluğu futbolda yeni çirkli üsullara gətirib çıxardıb. Onsuz da Azərbaycan futbolunun sağlam imci yox idi. Bir tərəfdən də «Topaz»a əsir olanlar futbolumuzun imicinə ciddi zərbə vururlar. Turlar keçdikcə «Bakı» – «Rəvan» «qardaşlığının» konturları daha aydın seziləcək. «Oyunlara» hazır olun!

Virtualaz.org

Xəbərlər