4006
27 iyul — 11:58

Emin Milli onun adından yayılan videonu təxribat sayır

“İnternetdə mənim adımdan təxribat xarakterli müsahibə yayılıb. Guya mən Xədicə İsmayılova barədə nəsə demişəm”.

Virtualaz.org-un məlumatına görə, bunu milli-sura.org saytında verilən yalan müsahibəyə münasibət bildirərkən Emil Milli deyib. O bildirib ki, milli-shura.org adlı bir sayt tanımır və belə bir sayta müsahibə verməyib: “Xahiş edirəm biləsiniz ki, bu, açıq-aşkar təxribatdır”.

Qeyd edək ki, 2012-ci ilin mart ayında “Azadlıq” radiosunun əməkdaşı, araşdırmaçı-jurnalist Xədicə İsmayılova və NİDA Vətəndaş Hərəkatının üzvü Əli Transmilli (İbadov) barədə intim videogörüntülər yayılmışdı. Həmin görüntülərin yayılmasından bir il ötsə də bir neçə gün öncə sosial şəbəkələrdə məlum videogörüntülərin daha fərqli versiyaları yayılmağa başladı. Həmin intim görüntülərdə jurnalist Xədicə İsmayılova ilə gənc fəal Əli Transmilli arasında müxtəlif vaxtlarda yaşanan intim səhnələr yer alıb.

Milli-shura.org saytında isə Emin Millinin adından açıqlama verilərək bildirilir: “Təbii ki, həmin görüntülər məni də məyus etdi, çünki həmin evin sahibi mənəm. Və əgər bilsəydim ki mənim evimdə o cür işlərlə məşğul olacaqlar, təbii ki, heç vaxt Xədicə İsmayılovaya evimin açarlarını etibar etməzdim. Çünki həmin görüntülər Azərbaycanda demokratik düşərgənin ümumi mübarizəsinə zərbə vurmuş oldu”.

Bu isə Milli Şura tərəfdarları tərəfindən birmənalı qarşılanmamışdı. 

İlkin Muradov

Virtualaz.org

Xəbərlər