398
Dünya 17 iyul — 21:33

Kepenikyan Lion şəhərinin meri seçilib

Fransanın Lion şəhərinin Şəhər Şurası 68 yaşlı Jorj Kepenikyanı mer vəzifəsinə seçib.

Virtualaz.org “Ermənistan xəbərləri” portalına istinadən xəbər verir ki, keçmiş mer Jerar Kolom özü erməni əsilli Kepenikyanın namizədliyini irəli sürüb.

Kepenikyan ixtisasca uroloq-cərrahdır, erməni miqrantların övladıdır. 2005-ci ildən “Centre Hospitalier Saint-Joseph Saint-Luc” xəstəxanasının strateji inkişaf üzrə direktorudur.

Yeni mer erməni diasporunun fəallarından hesab olunur.

Xəbərlər