205
Dünya 17 iyul — 20:14

Misirdə terror aktı törədilib

Misirdə terror hadisəsi baş verib. Sinay yarımadasında hərbi maşının partlaması nəticəsində 5 polis əməkdaşı həlak olub.

Misir Təhlükəsizlik Qüvvələrindən verilən məlumata görə, daha 6 polis əməkdaşı müxtəlif xəsarətlər alıb.

Partlayışın hansı şəraitdə və necə baş verməsi məlum deyil. Polis tərəfindən araşdırmalara başlanılıb.

Xəbərlər