259
Dünya 17 iyul — 11:44

Hindistanda prezident seçkiləri keçirilir

Bu gün Hindistanda prezident seçkiləri keçirilir.

"Report"un məlumatına görə, bu seçkilər 1950-ci ildən bəri Hindistanda keçirilən 15-ci prezident seçkisidir.

Seçkilər yerli vaxtla saat 10:00-da (Bakı vaxtı ilə 08:30) başlayıb və saat 17:00-a (Bakı vaxtı ilə 15:30) qədər davam edəcək.

Ölkənin birinci postu uğrunda toxunulmazlar kastasından olan Ram Naxt Kovind və hakim partiyadan olan namizəd, həmçinin toxunulmazlar kastasının nümayəndəsi Meyra Kumar mübarizə aparırlar.

Xatırladaq ki, Hindistanda prezident ümumxalq səsverməsi ilə seçilmir. Ölkənin ali postu üçün seçimi seçici kollegiyaları həyata keçirir. Onlar isə ölkə parlamentinin aşağı və yuxarı palatalarından təyin olunur.

Xəbərlər