413
Dünya 19 iyun — 10:06

Londonda naməlum şəxs maşını insanların üstünə sürdü: ölən və yaralananlar var

Londonda məscidin yaxınlığında naməlum şəxslər avtomobili kütlənin üzərinə sürüblər. Daha sonra bıçaqla silahlanmış şəxs avtomobildən düşərək insanlara hücum edib.

Virtualaz.org xarici KİV-ə istinadən bildirir ki, hadisə nəticəsində azı bir nəfər ölüb, 10 nəfər xəsarət alıb.

Hadisənin törədən avtomobildə 3 nəfərin olduğu bildirilir. Onlardan biri polis tərəfindən saxlanılıb, digər iki nəfər isə qaçmağa müvəffəq olub.

Artıq Böyük Britaniyanın baş naziri Tereza Mey hadisəyə münasibət bildirib və onu dəhşətli insident adlandırıb: “Bu dəhşətli insidentdir. Düşüncələrim yaralılar və onların yaxınlarının yanındadır”.

Xəbərlər