558
Dünya 19 may — 18:49

Rusiyanın peyki xarab oldu

Rusiyanın Yerin fəzasında olan süni peyklərindən biri sıradan çıxıb.

Trend-in məlumatına görə, "Resurs-P3" peyki Yerə informasiya ötürülməsini dayandırıb.

Qeyd olunur ki, peyk sonuncu dəfə Yerə fevral ayında görüntülər göndərib.

Peykin fəaliyyətində problemlər fevral-mart aylarında müşahidə olunmağa başlayıb. Məlumatda bildirilir ki, peykin Günəş batareyalarından biri açılmayıb.

Xəbərlər