849
Dünya 19 may — 17:17

Rusiyadakı Qazaxıstan diasporu ÜAK-la bağlı bəyanat yaydı

Rusiyanın paytaxtı Moskvada fəaliyyət göstərən “Qazax diasporu”nun Moskva Fondu Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) qeydiyyatının ləğvi ilə bağlı bəyanat yayıb.

Virtualaz.org-un Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinə istinadən məlumatına görə, məsələ ilə bağlı öz fikrini bildirməyi vacib sayan bəyanat müəllifləri bildirirlər ki, Rusiyada nüfuzlü ictimai təşkilatlardan biri kimi ÜAK-la yarandığı gündən əməkdaşlıq edilib: “Təşkilat fəaliyyət göstərdiyi müddətdə xalqlar arasında dostluq ənənələrinin və Rusiya, eləcə də keçmiş ittifaqın digər respublikalarının xalqları arasında anlaşmanın qorunub saxlanımlasında, dövlətlər arasında konsrtuktiv əməkdaşlığın inkişafında maraqlı olub”.

Rusiya Ali Məhkləməsində təşkilatın qeydiyyatının ləğvinin təəssüf doğurduğunu vurğulayan Qazaxıstan diasporunun nümayəndələri qeyd edirlər ki, baş verənlərin arxasında postsovet məkanındakı dövlətlər arasında anlayışın qorunmasında maraqlı olmayan və Rusiya ilə Azərbaycan, ruslarla, azərbaycanlılar arasında münasibətlərə xələl gətirməyə çalışan qüvvələr dayanır.

Rusiyadakı Qazaxıstan diasporunun nümayəndələri hesab edirlər ki, Rusiya vətəndaş cəmiyyətinin subyekti olaraq ÜAK-ın ləğvi məsələsi vətəndaş sektorunda əməkdaşlığa və xalqlar arasında anlaşmanın, dostluğun möhkəmlənməsinə kölgə sala bilər.

Xəbərlər