734
Dünya 18 mart — 22:47

“Almaniyanın NATO və ABŞ-a böyük məbləğdə borcu var”

Təhlükəsizliyinin təmin olunmasına görə Almaniyanın NATO və ABŞ-a böyük məbləğdə borcu yaranıb. Gazeta.ru yazır ki, bunu Almaniya kansleri Angela Merkellə görüşündən bir gün sonra ABŞ prezidenti Donald Tramp bəyan edib.

“Güclü və çox baha başa gələn müdafiəsinin təmin edilməsinə görə Almaniyanın NATO və ABŞ-a böyük məbləğdə borcu yaranıb”, - deyə Tramp “Tvitter” hesabında yazıb.

 “Saxta məlumatlara baxmayaraq, Merkellə görüş əla keçib”, - deyə Tramp qeyd edib. 

Xəbərlər