404
Dünya 12 yanvar — 13:20

Tiflisdə prezidentin kürəkənini yaraladılar

Tiflisdə Gürcüstan prezidenti Georgi Marqvelaşvilinin kürəkəni yaralanıb. Bu barədə Rustavi-2 telekanalı bildirir.  İnsident ötən gecə baş verib.

Məlumata görə hazırda hadisənin baş verdiyi yeri prezidentin müşahfizəçiləri əhatəyə alıb, əraziyə heç kim buraxılmır. Polis və ekspert-kriminalistlər hadisə yerində işləyir.

Xəbərə görə yaralanan Mindia Qoqoçuri Marqvelaşvilinin xanımının əvvəlki ərindən olan qızı Maki Çiçuanın əridir. O, xəstəxanaya yerləşdirilib. Polis hadisəni şərh etmir. Bununla belə məlum olub ki, insidentlə bağlı sağlamlığa qəsdən yüngül zərər vurma və qanunsuz silah gəzdirmə maddələri ilə bağlı təhqiqat aparılır.

Minda Qoqoçuri ötən ilin iyulunda prokurorluğa çağırılmışdı. Bu, prezident Marqvelaşvilinin ailə üzvlərinə təzyiq barədə bəyanatından sonra baş vermişdi.

Virtualaz.org

Xəbərlər