870
Dünya 11 yanvar — 23:58

Reks Tillerson Krımın Rusiya ərazisi kimi tanınmasının şərtini açıqlayıb

ABŞ-ın seçilmiş prezidenti Donald Trampın administrasiyası Krımın Rusiyaya birləşdirilməsini yalnız Ukraynanı qane edəcək şərtlər daxilində tanıya bilər. Bunu ABŞ Dövlət departamentinin rəhbərliyinə ən real namizəd Reks Tillerson bildirib.

Virtualaz.org xəbər verir ki, Tillerson ABŞ Konqresinin xarici işlər komitəsinin dinləmələrində çıxış edərkən deyib: “Bunun baş verə biləcəyi yeganə şərait Ukrayna xalqını qane edə biləcək hansısa daha geniş sazişin hazırlanmasıdır”.

Bundan az öncə gələcək dövlət katibi Krımın Rusiyaya birləşdirilməsini dəstəkləmədiyini demişdi.

Xəbərlər