338
Dünya 11 yanvar — 23:02

ABŞ-ın İsraildəki səfirliyi Təl-Əvivdən Qüdsə köçürüləcək?

Tramp administrasiyası müttəfiqlərinə bildirib ki, ABŞ-ın İsraildəki diplomatik nümayəndəliyinin Təl-Əvivdən Qüdsə köçürülməsi ilə bağlı planları qüvvədədir.

CNN xəbər verir ki, ərəb ölkələrinin bu addımı atmamaq çağırışlarına baxmayaraq, ABŞ-ın planları artıq mayın 24-də İsraildə “Qüds Günü” qeyd olunduqda rəsmən açıqlana bilər.

Avropa və ərəb ölkələri yeni administrasiyaya bu addımın Fələstin-İsrail arasındakı sülh prosesinin pozulmasına səbəb olacağı, eləcə də ABŞ-ın Yaxın Şərqdəki nüfuzuna zərər gətirə biləcəyi barədə xəbərdarlıq edib.

Fələstin Prezidenti Mahmud Abbas isə deyib ki, Qüdsün statusunu deyişən istənilən addım və yaxud bəyanat heç bir halda qəbul olunmayacaq.

Xəbərlər