473
Dünya 11 yanvar — 21:21

Məşhur Serbiya klubu avrokuboklardan uzaqlaşdırıldı

UEFA Serbiyanın "Partizan" klubunu avrokuboklardan kənarlaşdırıb. Buna səbəb Belqrad təmsilçisinin maliyyə "fair-play"ini pozmasıdır.

Komanda 3 il müddətinə Çempionlar Liqası və Avropa Liqasında iştirak hüququndan məhrum edilib. Üstəlik, işin araşdırılmasına çəkilən 3 min avro da klub tərəfindən ödəniləcək.

"Partizan" Avropa futbol qurumunun qərarı ilə razılaşmayıb və İdman Arbitraj Məhkəməsinə müraciət etməyə hazırlaşır.

Xəbərlər