206
Dünya 11 yanvar — 12:13

Türkiyə aviasiyası Suriyada daha 11 İŞİD-çini məhv etdi

Türkiyə Hərbi Hava Qüvvələri “Fərat qalxanı” əməliyyatı çərçivəsində Suriyanın şimalındakı Əl-Bab şəhərində terrorçuların mövqelərinə zərbə endirməkdə davam edir.

Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının yaydığı məlumata görə, son zərbələr İŞİD terror təşkilatına məxsus 12 məntəqəyə endirilib. Nəticədə 11 terrorçu zərərsizləşdirilib.

Qeyd edək ki, “Fərat qalxanı” əməliyyatı ötən ilin avqust ayından aparılır.

Xəbərlər