577
Dünya 11 sentyabr — 13:06

Sabiq DAK sədrinin oğlu Obama ilə görüşüb

Siyavuş Derəxti: “O, xeyli sevindi və “oh, sən azərbaycanlısan “ dedi...”

Dünya Azərbaycanlıları Konqresinin (DAK) sabiq sədri Cavad Derəxtinin oğlu Siyavuş Derəxti ABŞ prezidenti Barak Obama ilə görüşüb. Virtualaz.org “Amerikanın səsi”nə istinadən xəbər verir ki, bu ayaqüstü görüş Obamanın ötən həftə İsveçə səfəri zamanı yəhudi sinaqoqunda baş tutub və təxminən beş dəqiqə çəkib.

S.Dirəxti özü görüş barədə bunları danışıb:  “Mən söhbət əsnasında  İsveçdə dinlərarası münasibətləri yaxşılaşdırmaq sahəsində görüdüyüm işlərdən və İran Azərbaycanından olan köklərim barədə danışdım. Prezidentə dedim ki, atam da, anam da İran Azərbaycanındandır, güneylidirlər.  O da betər sevindi və dedi ki, ‘oh, sən azərbaycanlısan”. Prezident mənə söylədi ki, çox gözəl iş görürsən ki, müsəlmanlarla yəhudilər arasında münasibətləri düzəltməyə çalışırsan”.

İsveçin “Sydsvenskan” qəzetində yayılan məlumata istinadən, Siyavuş Derəxti Barak Obama və İsveçin baş naziri Fredrik Reinfeldtin iştirakı ilə Stokholm şəhərinin Böyük sinaqoqunda keçirilən görüşdə İsveç toplumunda antisemitizm və ksenofobiyaya qarşı fəaliyyətləri haqqında danışıb.

Raoul Wallenberg mükafatının laureatı Siyavuş Derəxti 19 yaşında ikən Antisemitizmə Qarşı Müsəlman Gəncləri Birliyini yaradıb.  22 yaşlı azərbaycanlı

antisemitizm, ksenofobiya və islamofobiyaya qarşı fəaliyyətlərinə görə 2013-cü ildə Raoul Wallenberg mükafatına layiq görülüb. Onun təsis etdiyi birlik hazırda “Gənclər Antisemitizm və Ksenofobiyaya Qarşı” adı ilə İsveçin Malmö şəhərində fəaliyyət göstərir. 

Virtualaz.org

Xəbərlər